Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Aparıcı Aytən Səfərova Bakının Zığ qəsəbəsindəki antisanitar vəziyyətdən narazılığını bildirib.
Axşam.az xəbər verir ki, aparıcı 65 saylı məktəbin arxasında yerləşən stadionun ətrafında çəkiliş edərək sosial şəbəkədə paylaşıb. O, ərazinin sakinlər tərəfindən zibillənməsinə sərt reaksiya verib:
“Hər dəfə buradan keçəndə görürəm ki, qadınlar da, kişilər də zibili bura atırlar. Hər yerdə təmizlikdən danışan qadınlar, kişilikdən danışan kişilər... İnsan olun! Hərə evindən çıxanda avtobus dayanacağına gedir, əlindəki zibili atıb gedir. Ayıb olsun!
Bələdiyyədə işləyən qadınlar kiminsə anası, bacısıdır. Belələrinin arxasınca zibil yığışdırırlar. Ayıbdır! Divara söyüş yazanları başa düşürəm. Belələrinə ya qarğış, ya da söyüş keçir. Çünki xahiş edirik, sözümüz keçmir”.