Bələsdiyyə seçkiləri normal atmosferdə keçib

31.01.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Yanvarın 29-da baş tutan bələdiyyə seçkilərində seçici fəallığının çox aşağı olması və səsvermə günü müəyyən qüsurlara yol verilməsinə baxmayaraq, seçkinin normal atmosferdə keçirildiyini deyə bilərik.
Bunları Newscenter.az-a bələdiyyə seçkilərlərinin nəticələri ilə bağlı AMİP liderinin köməkçisi Əli Orucov deyib.
Partiya funksioneri bildirib ki, AMİP 25 namizədlə seçki marafonuna qatılıb və onlardan 8 nəfəri müxtəlif yerli özünüidarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb:
"Bunun özü də yaxşı nəticədir. Hesab edirəm ki, partiyanın seçkili orqanlarda təmsilçiliyi müsbət hadisədir və qazanılmış zəngin təcrübə imkan verəcəkdir ki, bizə etimad göstərənləri layiqli təmsil edək. AMİP-ın qazandığı uğurlar ümumilikdə cəmiyyət VƏ dövlətimiz üçün faydalıdır. bU, demokratik dəyərlərin inkişafında öz töhfəsini verəcək. Fürsətdən istifadə edərək bələdiyyə seçkilərində uğur qazanan əqidədaşlarımı təbrik edirəm".
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью