Belhandanın yeni klubu

15.01.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərakeş millisinin sabiq futbolçusu Yunus Belhanda Qətərdə klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Əl Şamal”dan “Əl Sailiya”ya keçib. Bu barədə klubların mətbuat xidməti məlumat yayıb. Belhanda ilə müqavilənin detalları açıqlanmayıb.

Mərakeşli futbolçu karyerası ərzində “Monpelye”, “Dinamo” (Kiyev), “Nitsa”, “Qalatasaray”, “Şalke” kimi klublarda forma geyinib. O, Mərakeş yığmasında 59 oyunda 5 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью