GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İlk dəfə olaraq Ermənistan vətəndaşları Ermənistanı tərk etmir, əksinə geri qayıdırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Elə bir vəziyyət yaratmışıq ki, Ermənistan nəhayət sülh və müstəqillikdən zövq ala bilir,” — o bildirib.
Paşinyan “Ararat, yoxsa Araqat?” sualına cavab olaraq, “dövlət, yoxsa qeyri-dövlət?” anlayışını irəli sürüb:
“Dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisi var. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində Ararat mövcuddur — bu, Böyük Ararat icması və Ararat bölgəsidir, lakin Ararat (Ağrı) dağı Ermənistanda yoxdur. Bu göstərir ki, əvvəllər dövlət və qeyri-dövlət anlayışları arasında dəqiq sərhəd müəyyən edilməmişdi, biz isə bunu aydınlaşdırmışıq, çünki biz dövlətik”.
Safura Bənnayeva
Globalinfo.az