Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mövsümün sonunda elitanı tərk edəcək “Səbail”də maliyyə sıxıntısının artacağı aydındı. Üstəlik klubla baş sponsor ASKO arasında müqavilə müddəti də başa çatır.
Bəs gələn mövsüm 1-ci liqada mübarizə aparacaq “dənizçilər”in taleyi necə olacaq? Sualı klubun icraçı direktoru Firuz Abdullaya ünvanladıq:
“Bəli, mövsümün sonunda ASKO ilə müqavilə müddəti başa çatır. Yeni müqavilənin imzalanıb-imzalanmayacağı ilə bağlı sponsorla müzakirə aparılacaq və ictimaiyyətə məlumat veriləcək. Müvafiq olaraq, digər sponsorla bağlı məsələyə də qeyd etdiyim müzakirələrdən sonra aydınlıq gətiriləcək”.
MÜZƏFFƏR QULUZADƏ