Belingem ən yaxşı seçildi

27.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem dekabrda İspaniya çempionatının ən yaxşı oyunçusu seçilib.

Publika.az xəbər verir ki, son bir ayda 21 yaşlı ingilis futbolçu La Liqada 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mükafata həmçinin "Atletiko"nun hücumçusu Antuan Qrizmann (2 qol), "Barselona"nın hücumçusu Rafinya Diaz (2 qol), "Atletik"in yarımmüdafiəçisi Oyan Sunset (2 qol və 1 məhsuldar ötürmə) və "Las Palmas"ın hücumçusu Sandro Ramires (3 qol) namizəd olub.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью