“Bəlkə də çempionatda bizim qədər qol vəziyyəti yaradan komanda yoxdu” Azər Bağırov

20.12.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kəpəz” Misli premyer-liqasının 17-ci turunda “Sumqayıt”la heç-heçə etdi - 0:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransı keçirib.
- Futbolda bəzən yazılmayan və yazılan qaydalar var. “Neftçi” ilə oyunda kobud səhvlərdən məğlub olduq. Hər iki hissədə yaxşı qol imkanlarımız oldu. İrəlidə çox çətin 3-4-cü dövrələr var. Ancaq qazanmaq lazımdı. Bu oyunlara daha yaxşı hazırlaşmalıyıq.
- Hiss olunur ki, bu heyət indiki mərhələdə daha yuxarı pillələrdə oynamağa yetmir. Kütləvi dəyişiklik olacaqmı?
- Böyük dəyişikliklər mümkün deyil. Sadəcə, 3-4 futbolçu dəyişmək istəyirik. Qol hissiyyatı olan futbolçular axtarırıq. Komanda qol vəziyyətləri yaradır. Bəlkə də çempionatda bizim qədər qol vəziyyəti yaradan komanda yoxdu. Vurmalısan və yaxşı müdafiə olunmalısan.
- “Kəpəz”də nəyi dəyişdiz?
- İlk 3-4 tur axsamalar oldu. Bu gün də meydana çıxan futbolçuların çoxu bilir ki, neyləmək lazımdı. İkinci dövrədə artıq xallar topladıq. Məncə, hələ ki qənaətbəxşdi. Daha yaxşısını etməyə çalışacağıq.
- Braqanın epizodları dəyərləndirə bilməməsinin səbəbi nədi?
- Ustalıqla bağlı olduğunu düşünürəm. Xallar əziyyətlə qazanılır. Braqa bəlkə də ən çox qaçan futbolçudu. Sadəcə, ustalıq məsələsi öz sözünü deyir.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью