“Bəlkə də onun rahatlığı var idi deyə…”

28.04.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” Premyer Liqanın XXXII turunda səfərdə “Sabah”la 1:1 heç-heçə edib. “Atlılar” bu görüşdən sonra sona 4 tur qalmış erkən çempionluqlarınl rəsmiləşdirib.

Ağdam təmsilçisinin aparıcı üzvlərindən olan Bəhlul Mustafazadə çempionluq haqda fikirlərini “Futbolpress.az”a açıqladı:

– Ümumiyyətlə, “Sabah”la oyunlarımız hər zaman gərgin keçir. Bu da həmin oyunlardan biri idi. Düşünürəm ki, maraqlı oyuna şahid olduq. Hər iki komandanın şansları var idi. Fikrimcə, azarkeşlər üçün də baxımlı matç alındı.

– Çempionluğu daha sakit qarşıladız. Özünüzü buna hazırlamışdız?
– Xeyr, elə deməzdim. Amma əvvəlcədən bilirdik ki, bir xal bizə kifayət edir. Bəlkə də onun rahatlığı var idi deyə, belə sakit tərzdə qeyd etdik.

– Kubokun final matçında daha aqressiv və istəkli “Sabah” sizi gözləyəcək…
– Əlbəttə, mən də onu gözləyirəm. Hər iki komanda kubokun finalına daha aqressiv və daha ciddi yanaşacaq.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью