“Bəlkə də penalti tərəfdən şanssızlığımız oldu” Şəhriyar Əliyev

04.12.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” - “Sabah” oyunu penalti seriyasına qədər uzandı.

Kurban Berdıyevin oyunsonrası mətbuat konfransında dediyi kimi, tovuzlular bəsit fərdi səhvlər üzündən mübarizəni dayandırdı.
Komandanın kapitanı Şəhriyar Əliyevin “Football-plus.az”a söylədikləri:

“Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibin hücum xətti yaxşıdı. Rəqibi düzgün təthlil etmişdik. Sadəcə, oyun penalti seriyasına qaaldı. Bu da elə bil lotereyadı. Bəlkə də penalti tərəfdən şanssızlığımız oldu. Çalışacağıq ki, qarşıdakı çempionat oyunlarına daha yaxşı hazırlaşaq. Komanda yoldaşımız Marandiçinin zədələnməsi bizim üçün daha üzücü oldu. Hazırda xəstəxanadadı, bir qədər sonra onun yanına gedəcəyik. İnşallah, yaxşı olar, aramıza qayıdar”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью