“Bəlkə kimsə deməyəcək, amma səhv Ohoridən başlayır” Azər Bağırov

31.01.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli premyer-liqasının 18-ci turunda “Kəpəz” “Şamaxı”ya məğlub oldu - 2:0.

“Football-plus.az” gəncəlilərin baş məşqçisi Azər Bağırovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Oyunun çətin olacağını bilirdik. “Şamaxı”nın son turda məğlubiyyəti oyuna daha ciddi yanaşmasına gətirib çıxardı. Meydançada səhvlər etdik. Hər şərdə bir xeyir var. İstəmədiyimiz məğlubiyyət oldu.
- “Qarabağ” üzərində qələbənin eyforiyasından çıxa bilməyən “Kəpəz” gördük sanki..
- Cücərti qala bilər. İnkar etmək sadəlövhlük olar. Neçə gündü bu haqda danışırıq. Ucuz səhvlər etdik.
- İkinci hissədə daha yaxşı oynadız. İlk yarıda niyə alınmadı?
- Ortada boşluq var idi. Görürdük. İkinci hissədə bunu doldura bildik. Qola qədər də oyunumuz yaxşı alındı.
- Mate Abuladze Cefferson Bentunun yerini doldura biləcək səviyyədədi?
- İlk iki oyunda yaxşı çıxış edib. Bunu zaman göstərəcək.
- Yusif İmanov komandanın neçə faizidi?
- Uzun müddət idi oynamırdı. Səhvləri var, amma düzəldə bilər.
- Verdaşka niyə zəif oynadı?
- Mən də müdafiəçi olmuşam. Onlarda səhv axtarmaq işin sonudu. Hamı səhvi orda görür. Ohori cinahda topu itirir, qol buraxırıq. Bəlkə kimsə deməyəcək, amma səhv Ohoridən başlayır.
- Abuladze ilə Verdaşka eyni tərzdədilər sanki…
- Onlardan daha çox dayaq yarımmüdafiəçilərindən narazıyam. Ba top itirir, Arsen mərkəz müdafiəçisi ola-ola qol vurur. Deməli, mərkəzdə boşluq var da. Nəticə qazanmaqdan ötrü hər şey etmək lazımdı.
- Komandanız kuboka nə qədər hazır olacaq?
- Futbolçularım 4-5 gündən bir oynamağa qadirdi. Çalışacağıq ki, kubokda da yolumuza davam edək.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью