Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məşhur aktrisa Nəsrin Cavadzadə izləyicilərinin “Botoksu bir az azalt” şərhlərinə laqeyd qalmayıb və sosial mediada ona ünvanlanan botoks tənqidlərinə cavab verib.
OLAY yazır ki, bu cür şərhlərin adətən qadınlardan gəldiyini deyən aktrisa həmcinslərinə müraciət edərək belə ifadələr işlədib:
“Bu mövzu ilə bağlı son bir şey də deyəcəyəm və ondan sonra susacağam, söz verirəm. Bir daha bu mövzuları heç vaxt açmayacağam. Bəlkə kökəlmişəm, bəlkə çəki almışam, bəlkə çox yemək yemişəm. Bəlkə kortizon müalicəsi alıram, bəlkə xəstəyəm, bəlkə uşaq gözləyirəm... Hər nədirsə, nə fərqi var ki? Bunları indi dedim deyə, yəqin ki, yeni mübahisələr də başlayacaq, amma... Məşğul olmayın bunlarla! Vallah, qadınlarla bu cür məşğul olmayın. Bəlkə yaşlanıram? Yaşlanmaq da qəbul edilə bilən bir şey olmalıdır, elə deyilmi?”