Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Supermodel Bella Hadidin çimərlik geyimindəki fotosu fanatlarını qorxudub.
Onlar qadının hansısa xəstəliyə tutulduğunu ehtimal ediblər. Oxu.Az xəbər verir ki, fotoşəkillər "Daily Mail"də dərc edilib.
28 yaşlı məşhur bu həftə Parisdə "Gözəllik" serialının çəkiliş meydançasında görünəndə də pərəstişkarlarının narahatlığına səbəb olub.
İnternet istifadəçiləri podium ulduzunun çox arıqladığını qeyd edərək ona çəkisini artırmağı tövsiyə ediblər.
Qeyd edək ki, Bella Hadid son dəfə podiuma mart ayında Paris Dəb Həftəsi zamanı çıxıb.
O, "Saint Laurent" dəb evinin geyim nümayişində iştirak edib. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.