Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq. Bella Hadid Los Ancelesdəki yanğında kül olan evi ilə bağlı paylaşım edib - VİDEO Məşh
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Hadid alov içində olan malikanənin fotolarını paylaşıb.
İnstaqramdakı paylaşımında məyus olduğunu bildirən Bella Hadid, "Bu evdə yaratdığımız xatirələrə, anamın onu tikərkən göstərdiyi qayğıya və yaşadığımız bütün gözəl anlara görə minnətdaram.
Tək düşünə bildiyim onilliklərin evlərini və bütün xatirələrini itirmiş dostlarımdır".
Hadid həmçinin yanğından zərər çəkmiş ailələr üçün ianə kampaniyasına başlayacağını açıqlayıb.
Məşhur model, "Evlərini itirən dostlarıma ümid vermək və bərpa prosesində onlara kömək etmək istəyirəm" - qeydini edib.
Los-Ancelesdə beş gündür davam edən yanğınlarda 16 nəfər həyatını itirib, 153 min insan evini tərk etmək məcburiyyətində qalıb.
Meteoroloqlar xəbərdarlıq edir ki, yaxın günlərdə küləyin sürəti saatda 130 kilometrə çata bilər.