Bella Hadid sevgilisi ilə belə tanış oldub İlk dəfə açıqladı

15.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Məşhur model Bella Hadid şəxsi həyatı ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, o  ilk dəfə sevgilisi Adan Banuelos ilə necə tanış olduğundan danışıb. 

Model onu ilk dəfə at yarışlarında gördüyünü bildirib:

"Onu ilk dəfə içəri girərkən gördüm və sanki üzərimə bir meh kimi əsdi... Onu gördüm və dedim ki, o budur!... Həmişə kovboyla olmaq istəmişəm. Və o, olduqca yaraşıqlı idi".

Daha sonra isə Bella ailə qurub ana olmaq istədiyini bildirib:

"Ailə qurmağı düşünürəm. Ana olmağı səbirsizliklə gözləyirəm. Hər zaman yanımda güvənə biləcəyim birinin olmağı həyatımı dəyişəcək. Buna can atıram".

Xatırladaq ki, cütlük 2023-cü ilin oktyabrından bu günə qədər eşq yaşayır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью