Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem ardıcıl ikinci dəfə ilin ən yaxşı ingiltərəli futbolçusu elan edilib.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə millisinin mətbuat xidməti yayıb.
Bellingem 2023-cü ilin yayından "Real"ın uğurları üçün çalışır. 23 yaşlı oyunçunun "kral klubu" ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. O, Madrid təmsilçisi ilə ötən mövsüm titul qazanmasa da, DÇ-2026-da 3-cü yeri tutan İngiltərə seçməsinin əsas futbolçularından olub.
Cari "futbol ili"ndə klubunun qatıldığı bütün turnirlərdə 7 matça çıxan Cud 3 qol və 3 məhsuldar ötürmə ilə diqqət çəkib. "Transfermarkt" portalı onun transfer qiymətini 160 milyon avro məbləğində dəyərləndirir.
Nihat