Bellingem bu şəkli paylaşıb Mbappeyə ilişdi FOTO

03.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real"ın yarımmüdafiəçisi Cud Bellingem La Liqanın 15-ci turu çərçivəsində "Xetafe" ilə oyundan (2:0) çəkilmiş fotoya yumor hissi ilə şərh yazıb.

Fanat.Az xəbər verir ki, 21 yaşlı ingilis baş gicəllənməsi səbəbindən fasilədə Arda Gülər ​​əvəzlənib.

Bellingem Kilian Mbappenin onun çənəsini tutaraq üzünü yoxladığı zaman çəkilən fotoya gülməli şərh yazıb: "Burun mütəxəssisindən təcili yoxlama".

Xatırladaq ki, Mbappe AÇ-2024-də burnu qırıldığı üçün xüsusi maskada çıxış edib. Bellingem məhz bu məqama görə komanda yoldaşına sataşıb.

Cud Bellingem "Xetafe" ilə oyunun 30-cu dəqiqədə rəqib qapıçı David Soria ilə toqquşmadan sonra qazandığı penaltini dəqiq yerinə yetirib. O, 8 dəqiqə sonra Mbappeyə assistentlik edib.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью