Bellingem əməliyyat olunacaq

11.05.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem bu yay əməliyyat olunacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb. 

İngiltərə millisinin üzvü 18 aya yaxındır ki, çiyin zədəsindən əziyyət çəkir. Əslində, zədədən sonra əməliyyat planlaşdırılsa da, İspaniya nəhənginin sıx oyun qrafikinə görə cərrahi müdaxilə yaya qədər təxirə salınıb. 

Qeyd edək ki, Bellingem cari mövsüm "Real"ın heyətində 48 matça çıxaraq 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью