Bellingem Premyer Liqa yolunda Onu Bundesliqa nəhəngi də istəyir

29.12.2024

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

İngiltərənin "Mançester Yunayted" klubu "Sanderlend"in yarımmüdafiəçisi Cob Bellingemlə maraqlanır. 

Fanat.Az xəbər verir ki, məlumatı "UtdDistrict" yayıb.

Mənbənin məlumatına görə, 19 yaşlı futbolçu Çempionşipdə özünü yaxşı tərəfdən göstərdiyi üçün Avropa nəhənglərinin diqqətini çəkib. Artıq "Mançester Yunayted" "Real Madrid"in ulduzu Cüd Bellingemin kiçik qardaşını transfer etməyə çalışır. 

İngilis futbolçu ilə Dortmund "Borussiya"sı da maraqlanır.

"Sanderlend" yarımmüdafiəçisi üçün 20 milyon funt-sterlinq (təxminən 24 milyon avro) istəyir. 

Cob Bellingem bu mövsüm 20 oyunda meydana çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью