Bellingem “Real”la müqaviləsini 2031 ci ilədək uzadacaq KİV

14.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Cud Bellingem Madrid klubu ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəlib.

İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, yeni müqavilədə futbolçunun maaşının artırılmasını da nəzərdə tutulur. Klub rəhbərliyi 23 yaşlı ingiltərəlinin komandadakı rolunu yüksək qiymətləndirir və onu gələcəyin əsas fiqurlarından biri hesab edir.

İspaniya mətbuatının yazdığına görə, “Real”ın baş məşqçisi Joze Mourinyo da Bellingemə xüsusi önəm verir və onu taktiki planlarında əsas oyunçulardan biri kimi görür.

Qeyd edək ki, Bellingem 2023-cü ildən “Real”da çıxış edir. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью