Bellingem rəqibin başına qapaz vurdu Video

16.07.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bellingem rəqibin başına qapaz vurdu - Video

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem DÇ-2026-nın Argentina ilə yarımfinal matçından (1:2) sonra rəqib komandanın müdafiəçisi Valentin Barko ilə insident yaşayıb.

QOL.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 23 yaşlı futbolçunun argentinalıların qələbə sevincinə qoşulan Barkoya yaxınlaşaraq onun başına əl ilə zərbə endirdiyi görünür.

“The Sun” nəşrinin məlumatına görə, FİFA hadisə ilə bağlı araşdırma başlatmaq qərarına gələrsə, Bellingem intizam cəzası ala bilər. Bu halda o, iyulun 19-da Fransa ilə keçiriləcək üçüncü yer uğrunda oyunu buraxa bilər.

Qeyd edək ki, Bellingem matç zamanı Argentina millisinin kapitanı Lionel Messi ilə də mübahisə edib. Futbolçu sonradan bildirib ki, onların müzakirəsi oyundakı qayda pozuntularından biri ilə bağlı olub.

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью