Bellingem tələb qoydu

18.11.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real” (Madrid) ingiltərəli yarımmüdafiəçisi Cud Bellingemi komandada saxlamaq üçün futbolçu ilə yeni müqavilə danışıqlarına başlayıb.

Futbolpress.az xəbər verir ki, “OK Diario” nəşrinin məlumatına görə, “Kral klubu”nda qalmağın əleyhinə olmayan futbolçu sözləşməni uzatmaq üçün rəhbərlik qarşısında iki əsas şərt qoyub.

Bellingem maliyyə şərtlərinin yaxşılaşdırılmasını və komanda yoldaşı Vinisius Juniorla eyni səviyyədə, illik 22 milyon avro maaş almağı tələb edir. Paytaxt təmsilçisinin bu məbləği ödəməyə hazır olduğu bildirilir.

Xatırladaq ki, 2023-cü ildə Dortmund “Borussiya”sından 103 milyon avroya transfer olunan Bellingem “Real”ın heyətində keçirdiyi 156 matçda 51 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью