Bellingem üçün Premyer Liqadan 22 milyon funtsterlinqlik təklif

06.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Real"In futbolçusu Cud Bellingemin qardaşı Cob Bellingem karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Sanderlend"in futbolçusunu "Kristal Pelas" transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu 19 yaşlı yarımmüdafiəçi üçün "Sanderlend"ə 22 milyon funt-sterlinqlik rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, "Sanderlend" Cob Bellingemi 2023-cü ilin yayında "Birmingem"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью