futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real”ın futbolçusu Cud Bellingemin qardaşı Cob Bellingem karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, İngiltərənin “Sanderlend” klubunda çıxış edən yarımmüdafiəçi Dortmund “Borussiya”sı ilə danışıq aparır.
Bu barədə “Sky Sport” məlumat yayıb. Danışıqlar artıq son mərhələdədir.
“Borussiya” 19 yaşlı futbolçunun keçidini 30 milyon avroya həll etmək üzrədir.
Cob başa çatan mövsümdə 43 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.