Bellingemin qayıdacağı vaxt məlum oldu

27.06.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real”ın futbolçusu Cud Bellingemin əməliyyatdan sonra yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Klublararası Dünya Çempionatından sonra əməliyyat olunacaq yarımmüdafiəçi oktyabrın sonlarında yaşıl meydanlara qayıdacaq.

Bellingem La Liqanın startını buraxacaq. Onun yeni mövsümün ilk 10 oyununu buraxacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью