Bellinqem matçın oyunçusu seçildi, layiq deyiləm dedi

24.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az xəbər verir ki, Qana ilə keçirilən və qolsuz başa çatan DÇ-2026 matçının ən yaxşı oyunçusu seçilən futbolçu mükafata layiq olmadığını bildirib.

Bellinqem görüşdən sonra bunları deyib:

"Düzünü desəm, mən buna layiq deyildim. Qana millisinin futbolçularından biri seçilməli idi. Çünki onlar müdafiədə çox yaxşı oynadılar".

Qeyd edək ki, İngiltərə və Qana milliləri arasında keçirilən L qrupunun III tur matçı 0:0 hesabı ilə başa çatıb. İngilislər buna baxmayaraq qrup liderliyini qoruyublar.

“Anderlext”də yeni dövr - Vitor Bruno ilə müqavilə imzalandı Didye Deşamın anası vəfat edib: Fransaya qayıdacaq Tramp DÇ-26 finalında - Kuboku o təqdim edəcək Ronaldo: “Sanki futbolu bitirmişdim” - Çətin həftədən danışdı Ronaldo yenə seçildi - Portuqaliya matçının ən yaxşısı oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью