Bellinqem “Real”dan ayrılmağı düşünür

18.10.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Cud Bellinqem gələcəkdə İngiltərə Premyer Liqasında çıxış etmək imkanını nəzərdən keçirir.

İdman.Biz “Teamtalk” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu karyerasının müəyyən mərhələsində vətəninə qayıdaraq İngiltərənin ən yüksək liqasında oynamaq niyyətindədir.

Bellinqem indiyədək Premyer Liqada çıxış etməyib. O, peşəkar karyerasına İngiltərənin “Birmingem” komandasında başlasa da, həmin vaxt klub Çempionşipdə mübarizə aparırdı.

Daha sonra Almaniyanın “Borussiya” (Dortmund) futbol komandasına transfer olunan yarımmüdafiəçi 2023-cü ildə “Real Madrid”ə keçib.

Bununla belə, İngiltərə millisinin üzvü yaxın gələcəkdə İspaniya təmsilçisindən ayrılmağı planlaşdırmır. Bellinqem hazırda bütün diqqətini Madrid klubundakı çıxışına yönəldib.

Futbolçunun “Real Madrid”lə mövcud müqaviləsi 2029-cu il iyunun 30-na qədər qüvvədədir.

Qeyd edək ki, “Transfermarkt” portalı Bellinqemin bazar dəyərini 160 milyon avro qiymətləndirir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью