Bellinqem zədələndi, meydanı göz yaşları içində tərk etdi

01.02.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bellinqem zədələndi, meydanı göz yaşları içində tərk etdi

"Real" klubu İspaniya La Liqasının 22-ci turunda ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, "Rayo Valyekano" ilə qarşılaşmanın 8-ci dəqiqəsində "kral klubu"nun futbolçusu Cud Bellinqem zədələnib.

Rəqib qapısına doğru sürətli hərəkət edərkən qəfil dayanan və əlini budunun arxa əzələsinə aparan ingilis yarımmüdafiəçi yerə yıxılıb. Oyunu davam etdirə bilməyən Bellinqem meydanı göz yaşları içində tərk etmək məcburiyyətində qalıb.

Baş məşqçi Karlo Ançelotti 10-cu dəqiqədə onun əvəzinə meydana Brahim Diası buraxıb.

Qeyd edək ki, hazırda matç davam edir və "Real" 1:0 hesabı ilə öndədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью