Bellinqhem əməliyyat olunacaq

21.05.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem çiynindən əməliyyat olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu cari mövsümdə oynayacaq, həmçinin Klublararası Dünya Çempionatında mübarizə aparacaq, bundan sonra o, əməliyyat olunmalı olacaq.

Yarımmüdafiəçi uzun müddətdir ki, çiynindəki zədədən əziyyət çəkir.

Bellinqhem bu mövsüm "kral" klubu ilə çıxdığı 51 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

İyunun sonunda futbolçunun 22 yaşı tamam olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью