Bellinqhemin qolu Real Madridə Valensiyanı məğlub etdi Doğru Xəbərlər

04.01.2025

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya çempionatının 19-cu turu çərçivəsində Madrid “Real”ı səfərdə “Valensiya”nı darmadağın edib.

Valensiyada “Mestalla” stadionunda keçirilən görüş 1:2 hesabı ilə başa çatıb.

Madrid klubunun qollarını Luka Modriç və Jude Bellinqhem vurub. 79-cu dəqiqədə hücumçu Vinisius Junior meydandan qovulub.

“Valensiya”nın qolunu Huqo Duro vurub.

Beləliklə, “Real” 43 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Valensiya” 12 xalla 19-cu yerdədir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью