Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
"Real Madrid"in ulduz futbolçusu Cud Bellinqhemin qardaşı Cob Bellinqhem də qardaşının yolunu davam etdirir.
Metbuat.az xəbər verir ki, “Borussia Dortmund” "Sanderlend"də forma geyinən Cob Bellinqhemi transfer etmək üçün təklif irəli sürüb. Məlumata görə, Cob Bellinqhem alman klubuna transfer olmağa razılıq verib. Bildirilir ki, “Sanderlend” futbolçu üçün 30 milyon avro tələb edib. Qeyd edək ki, Cob Bellinqhem bu mövsüm ikinci liqada çıxış edən “Sanderlend”də uğurlu oyun nümayiş etdirib.
Cob Bellinqhem 2022-ci ildən bəri “Birmingem Siti” və “Sanderlend”də 116 oyunda forma geyinib. Cud Bellinqhem də İngiltərədən “Borussia Dortmund”a ardınca isə “Real Madrid”ə transfer olmuşdu.