Belqorod Ukrayna ordusunun hədəfində: 21 ölü, 98 yaralı, 150 PUA

03.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Rusiyanın Belqorod vilayətində 21 mülki şəxs həlak olub.

Ölkə.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. 
Qubernatorun sözlərinə görə, sərhəd bölgəsində vəziyyətin “son dərəcə çətin” olaraq qalmaqdadır. 

O əlavə edib ki, 1 yanvardan indiyədək 21 nəfər ölüb,  98 nəfər yaralanıb və onlardan 6-sı uşaqdır. 

Qladkov qeyd edib ki, mülki itkilərin sayı 2025-ci illə müqayisədə təxminən on dəfə artıb.
Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar olaraq Belqorod vilayətində federal fövqəladə vəziyyət və antiterror əməliyyatı (CTO) rejimi qüvvədədir. Bölgə mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələrinin hücumlarına məruz qalır.

Son 24 saat ərzində Belqorod vilayətinə 150-yə yaxın pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir. Hücumlar nəticəsində üç nəfər həlak olub. 

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью