Belqorod vilayətinə sutka ərzində 86 hücum qeydə alınıb

29.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə hücum edib.

"İnterfax"ın məlumatına görə, hücumlar nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Bildirilib ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır.

Bundan başqa, Krım yarımadasında yerləşən Sevastopol şəhərinə dron hücumu olub. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məlumata görə, ötən sutka ərzində Belqorod vilayətinə ümumilikdə 86 hücum qeydə alınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью