Belqorod yenidən vurulub: şəhər işıqsız qalıb...

06.10.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna enerji infrastrukturuna edilən hücumlara cavab verib.

...Belqorodun enerji infrastrukturu yenidən hücuma məruz qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ASTRA xəbər verir.

“Luç” yarımstansiyasına hücum edildiyi bildirilir.

Obyektin üstündə qatı tüstü görünür.

Yerli KİV-lər şəhərdə raket zərbələri nəticəsində partlayış səslərinin eşidildiyini bildirir.

Rusiya mətbuatının məlumatına görə, hücum nəticəsində bir nəfər ölüb. Rəsmi məlumat yoxdur.

Yerli sakinlər hücumdan sonra Belqorodun bəzi ərazilərində elektrik enerjisinin kəsildiyini bildirirlər.

Kiyev bundan əvvəl Ukraynanın enerji infrastrukturuna hücumların davam edəcəyi təqdirdə elektrik enerjisinin kəsiləcəyi ilə hədələyib.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью