Belqorodda PUA ların hazırlandığı universitet yandı VİDEO

03.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Belqorod şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra pilotsuz sistemlərin hazırlanması və sınaqlarının aparıldığı universitet binasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya və Ukraynaya yaxın mənbələr məlumat yayıb.
Hücum nəticəsində universitet binasında güclü yanğın başlayıb. Bildirilir ki, sözügedən ali təhsil müəssisəsində pilotsuz uçuş aparatlarının hazırlanması və sınaqları həyata keçirilirdi.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik itkilər və dağıntıların miqyası barədə ətraflı məlumat açıqlamayıblar.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью