Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində müəssisə işçilərini daşıyan avtobusa zərbə endirib.
Modern.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində bir qadın ölüb, 9 nəfər yaralanıb.
Həmçinin Rostov vilayətində gecə saatlarında baş verən hücum nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. Vilayətin qubernatoru Yuri Slyusar bildirib ki, xilasetmə işləri zamanı daha iki nəfərin meyiti aşkarlanıb.