Belqrad marafonundan qayıdan ekspert nələr danışdı? FOTOLAR

21.04.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiyanın paytaxtı Belqradda keçirilən 39-cu Belqrad marafonu başa çatıb.

Artıq 39 ildir təşkil olunan və gələn il 40 illik yubileyini qeyd edəcək Belqrad Marafonu Avropanın, Balkan regionunun ən nüfuzlu yarışlarından biri hesab olunur. Bu il marafonda 79 ölkədən 13 993 nəfər iştirak edib.

Yarışmada turizm eksperti Cabir Dövlətzadə də iştirak edib.

Cabir Dövlətzadə "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, yarış bir neçə kateqoriya üzrə təşkil olunub:

“Marafon çərçivəsində 10 km, 21 km və 42 km məsafələr üzrə qaçışlar keçirildi. 10 və 21 kilometrlik yarışlar ayın 18-də, tam marafon 42 kilometrlik məsafə isə ayın 19-da baş tutdu. 

İştirakçılara əvvəlcədən xüsusi paketlər təqdim olunmuşdu. Bu paketlərdə enerji içkiləri, qida məhsulları və biskvitlər yer alırdı. Bu da yarışa hazırlıq prosesini daha rahat və peşəkar şəkildə qurmağa imkan verirdi. 

Təşkilatçılıq çox yüksək səviyyədə idi. Yarış iştirakçıları qeydiyyatdan keçərkən QR kod vasitəsilə onların şəkilləri paketlərin təqdim olunduğu sərgi salonunda avtomatik olaraq ekranda əks olunurdu. Yəni hər bir iştirakçıya fərdi yanaşma hiss olunurdu". 

Cabir Dövlətzadə qeyd edib ki, 42 kilometrlik marafonda təxminən 1800 nəfər iştirak edirdi:

"Mən ümumi nəticədə 377-ci yeri tutdum. Azərbaycandan bu yarışda yeganə iştirakçı idim, Gürcüstandan da iştirakçılar var idi. Ümumilikdə isə 79 ölkədən idmançılar qatılmışdı.

Bu, mənim ilk marafon yarışım idi. Düşünürəm ki, əldə etdiyim təcrübə gələcək yarışlarda daha yaxşı nəticə göstərməyə kömək edəcək. Əminəm ki, Bakı Marafonunda nəticəmi daha da yaxşılaşdıracağam”.

Qeyd edək ki, Belqrad marafonu həm peşəkar, həm də həvəskar idmançılar üçün beynəlxalq səviyyədə böyük maraq doğuran tədbirlərdən biridir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью