Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Serbiya strateji müttəfiqi Rusiya ilə viza rejimi tətbiq edə bilər.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Serbiya Xarici İşlər Nazirliyinin (XİN) “Tanyuğun” nəşrində dərc etdiyi bəyanatı sübut edir.
XİN-nin bəyanatında vurğulanır ki, Belqrad gələn ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə viza siyasətini uyğunlaşdırmalıdır. Bu, təşkilatın tamhüquqlu üzvü olmaqdan ötrü lazımdır. Aİ-yə daxil olmaq Serbiyanın xarici siyasətinin strateji prioritetlərindən biridir.
E. KAMAL