Belqradda qızıl medal qazanan Azərbaycan boksçusu: “Rəqib yerli idmançı olduğuna görə final döyüşü gərgin keçdi”

10.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Rəqib yerli idmançı olduğuna görə final döyüşü gərgin keçdi.

Bunu “Report”a açıqlamasında Azərbaycan boksçusu Anaxanım İsmayılova (48 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

O, Bakıya qayıtdıqdan sonra hədəfin qarşıdakı yarışlara hazırlaşmaq olacağını söyləyib:

“Şəkidə təlim-məşqlərimiz oldu. Fiziki baxımdan yaxşı hazırlaşmışdıq. Özümə çox inanırdım. Finalda serbiyalı idmançı ilə qarşılaşdım. Rəqib yerli olduğuna görə döyüş gərgin keçdi. Buna baxmayaraq, qalib gəldim. Bakıya qayıtdıqdan sonra hədəf qarşıdan gələn dünya çempionatına hazırlaşmaq olacaq. Bu yarışdan da medalla qayıdacağıma inanıram".

Qeyd edək ki, Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turniri 6 medalla başa vurub. Anaxanım İsmayılova (48 kq) qızıl, Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) isə bürünc medal qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью