“Belqrano” sürpriz şəkildə çempion oldu!

09.06.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

final
River Pleyt - Belqrano 2:3

Kolidio, 18. Qalvan, 60 - Morales, 26. N.Fernandes, 85-p.; 88.
River Pleyt: Beltran, Bustos, Martines Kuarta, Rivero, Akunya (Pesselya, 70), Vera, Moreno (Paes, 90+1), Mesa (Kintero, 89), Qalvan (Salas, 90+1), Kolidio, Freytas.
Belqrano: Kardoso, Morales, Maldonado (Okampo, 46), Falkon, Spörle, Sançes, Lonqo (Vaskes, 63), Riqoni (Rikka, 90+2), Selarayan, Velaskes (R.Ernandes, 64), Passerini (N.Fernandes, 76).
Argentina çempionatının Apertura (açılış) mərhələsi başa çatdı. Mayın 24-nə təyin olunan finalda “River Pleyt” ilə “Belqrano” qarşılaşdı. Neytral meydanda – Kordoba şəhərində keçirilən matçın favoriti sayılan “River Pleyt” 18-ci dəqiqədə hesabı açsa da, rəqib 8 dəqiqə sonra cavab qolunu vurdu.
Ölkə nəhəngi 2-ci hissəyə də qolla başladı. Qələbə hesabını uzun müddət qoruyan Eduardo Kudetin komandası son dəqiqələrdə şoka salındı. Əvvəlcə penalti ilə hesabı bərabərləşdirən “Belqrano” az sonra qələbə qolunu da vurdu. 3:2 hesabıyla qalib gələn Rikardo Zyelinskinin komandası sürpriz şəkildə Argentina çempionu oldu!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью