Ben Afflek şirkətini 587 milyon dollara satdı

23.07.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ben Afflekin süni intellekt startapı "InterPositive"in "Netflix"ə neçəyə satıldığı açıqlanıb.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Bildirilib ki, "Netflix" şirkəti startap üçün 587 milyon dollar nağd vəsait ödəyib. Daha əvvəl isə "Bloomberg" sövdələşmənin dəyərini təxminən 600 milyon dollar qiymətləndirmişdi.

Qeyd edək ki, Ben Afflek "InterPositive"i 2022-ci ildə kinorejissorlar üçün süni intellekt əsaslı alətlər hazırlamaq məqsədilə təsis edib. Layihənin texnologiyaları post-prodakşn prosesində işıqlandırma, montaj və vizual effektlərin təkmilləşdirilməsinə kömək edir.

Şirkətin satışından sonra Ben Afflek "Netflix"də baş məsləhətçi vəzifəsində fəaliyyət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью