Ben Qvir bəyan etdi ki, HƏMAS məhv edilməlidir

15.10.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS-ın bütün girovların cəsədlərini qaytarmamasına cavab olaraq qrupun məhv edilməli olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir mətbuata müsahibəsində qeyd edib.

"Bəsdir bu biabırçılıq. Keçidlər yüzlərlə yük maşınının üzünə açılandan dərhal sonra HƏMAS çox tez öz sevimli üsullarına qayıtdı - yalan, aldatma, ölənlərin ailələrinə və cəsədlərinə qarşı zorakılıq", - deyə nazir bəyan edib.

O əlavə edib ki, “bu nasist terroru yalnız gücü başa düşür və onunla mübarizə aparmağın yeganə yolu onu yer üzündən silməkdir”.

Bundan əvvəl Ben-Qvir bəyan etmişdi ki, HƏMAS İsrail girovlarının cəsədlərinin qaytarılmasını gecikdirməklə “oyunlar oynayır”. O, Baş nazir Benyamin Netanyahunu HƏMAS-a ultimatum verməyə çağırıb: “Şəhidlərimizin bütün cəsədlərini dərhal geri qaytarmasanız və bu gecikmələri aradan qaldırmasanız, Qəzzaya bütün humanitar yardımların çatdırılmasını dərhal dayandıracağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ben-Qvir təkcə HƏMAS-a deyil, ümumiyyətlə fələstinlilərə qarşı Hetanyahu hökumətində ən radikal mövqe nümayiş etdirən nazirlərdən biri kimi tanınır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью