Ben Şelton Kanadada “Masters” titulunu qorudu

14.08.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Amerikalı tennisçi Ben Şelton Kanadada keçirilən “Masters” seriyalı turnirin qalibi olub.

AZƏRTAC xəbər verir ki, ATP reytinqində 10-cu pillədə qərarlaşan Şelton finalda sıralamada 31-ci olan həmyerlisi Brendon Nakaşima ilə qarşılaşıb. Görüş Şeltonun 2:1 (6:3, 7:6, 7:4) hesablı qələbəsi ilə başa çatıb. Tennisçilər kortda 1 saat 27 dəqiqə mübarizə aparıblar.

Qeyd edək ki, Şelton 2018–2019-cu illərdə bunu bacaran Rafael Nadaldan sonra Kanadadakı “Masters” turnirində titulunu qoruyan ilk tennisçi olub. Ümumilikdə, son 20 ildə Kanadada titulunu yalnız Şelton, Nadal, Novak Cokoviç və Endi Marrey qoruyub. Şelton üçün bu titul “Masters” turnirlərində karyerasının ikinci, bu mövsümdə ATP üzrə dördüncü, ümumilikdə isə karyerasının yeddinci kuboku olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью