Ben Şelton “Masters” seriyalı turnirdə çıxışını başa vurub

17.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 avqust, AZƏRTAC

Amerikalı tennisçi Ben Şelton Sinsinnatidə keçirilən “Masters” seriyalı turnirdə mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, dünya reytinqinin 6-cı pilləsində qərarlaşan 23 yaşlı tennisçi ikinci raundda 79-cu sırada olan portuqaliyalı Jaimə Fariya ilə qarşılaşıb.

Görüş Fariyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyalı tennisçi hər iki setdə 6:4 hesabı ilə qalib gəlib. Qarşılaşma 1 saat 50 dəqiqə davam edib.

Qeyd edək ki, Ben Şelton bundan əvvəl Kanadada keçirilən Monreal “Masters” turnirinin qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью