Ben Sovter: Dünyada tələbələrin 48%i ətraf mühit baxımından dayanıqlı universitetləri seçir

18.11.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada tələbələrin 48%-i ətraf mühit baxımından dayanıqlı universitetləri seçir.

"Report" xəbər verir ki, bunu COP29 çərçivəsində "Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinin elan edilməsi ilə bağlı keçirilən tədbirdə "QS Quacquarelli Symonds” şirkətinin vitse-prezidenti Ben Sovter deyib.

Onun sözlərinə görə, universitetlərin reytinqi getdikcə daha çox təsir imkanına malik olur.

B.Sovter qeyd edib ki, tələbələrin 33%-i sözügedən universitetləri seçmək üçün ödəniş belə verməyə hazırdır.

"Yaşıl bacarıqlara olan tələbat üçqat artıb. Bu biliklərə malik məzunlar daha tez iş tapa bilirlər" - deyə o əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью