Benatiaya yeni vəzifə verildi RƏSMİ

10.01.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Mərakeş yığmasının və "Bayern Münhen"in sabiq futbolçusu Mehdi Benatianın Fransanın “Olimpik Marsel”dəkı yeni vəzifəsi açıqlanıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, keçmiş müdafiəçi Marsel təmsilçisində idman direktoru postunu tutub.

O, buna qədər idman məsləhətçisi kimi çalışırdı.

Qeyd edək ki, Benatia 2021-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. “Yuventus”, “Roma” kimi klublarda da top qovmuş müdafiəçi 2023-cü ildən Fransa təmsilçisinin İdarə Heyətindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью