Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın Hörmüzqan əyalətinin mərkəzi olan Bəndər-Abbas şəhərində ardıcıl partlayışlar baş verib, şəhər üzərində qara tüstü buludu qalxır.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Əyalət valisinin müavini Əhməd Nəfisi bildirib ki, partlayış səsləri Amerika hücumlarından sonra qalmış partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatı ilə bağlıdır.
Rəsmilər bildirirlər ki, əməliyyat məsul qurumların nəzarəti altında həyata keçirilir və sakinlərin narahatlığına heç bir əsas yoxdur.