Benefisiarlar “Ailə bağları”nda iştirak ediblər

12.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qaradağ Sosial Xidmət Mərkəzində xidmət alan əlilliyi olan uşaqların və onların valideynlərinin iştirakı ilə “Ailə bağları” adlı art-terapiya yönümlü master-klass təşkil olunub.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, iştirakçılar “Ailə ağacı” hazırlayaraq öz ailələrini xarakterizə edən dəyərləri, hissləri və xatirələri simvolik şəkildə ifadə ediblər. Eləcə də ailə dəyərləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir ailədaxili emosional bağların möhkəmləndirilməsi, valideynlərin ailə dəyərləri üzərində düşünmələrinə şərait yaradılması, eləcə də ailənin psixoloji resurslarının və potensialının üzə çıxarılmasına dəstək məqsədi daşıyıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью