Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Benfika” – “Araz-Naxçıvan” oyununun hakimləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Benfika” – “Araz-Naxçıvan” oyununa hakim təyinatlar açıqlanıb.
QOL.az xəbər verir ki, matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüş dekabrın 5-də oynanılacaq. Bu komandalar arasında Bakıda keçirilmiş matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunu
5 dekabr
21:30. “Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır)
Lissabon. "Pavilhao Fidelidade".
İlk oyun - 9:0