Benfika argentinalı futbolçu ilə ortaq məxrəcə gəldi

16.11.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Argentinalı vinger Canluka Prestianni "Benfika" ilə müqaviləsini uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

Tərəflər 2031-ci ilə qədər qüvvədə olacaq yeni müqavilə ilə bağlı ortaq məxərəcə gəliblər.

Mənbənin sözlərinə görə, Portuqaliya klubu ilə futbolçu arasında razılaşmanın bütün şərtləri müəyyənləşdirilib. Müqavilənin yaxın gələcəkdə rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, argentinalı cari mövsümdə keçirdiyi 12 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью