Icma.az, Fanat portalına istinadən məlumat verir.
Joze Mourinyunun çalışdırdığı "Benfika", "Trabzonspor"un ukraynalı mərkəz müdafiəçisi Arseni Bataqovu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, "Sabah" qəzetinin məlumatına görə, "Trabzonspor" Bataqovu keçən mövsümün əvvəlində 1.83 milyon avroya transfer etmişdi. Gənc müdafiəçinin hazırkı bazar dəyəri isə 7 milyon avro olaraq göstərilir.
Portuqaliya nəhəngi müdafiə xəttini gücləndirmək üçün futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir.
Kamil Xudiyev